Nazpəri: "Mahnıdan səsimi çıxarıb kənara atmaq hörmətsizlikdir"

Hazırda oxunan: Nazpəri: "Mahnıdan səsimi çıxarıb kənara atmaq hörmətsizlikdir"

Xalq artisti Nazpəri Dostəliyeva, gənc ifaçıları kənara atmaq və mahnılarının aranjimanına toxunmağa çağırır.
194577

“Gənclərimiz mənim mahnıma müraciət edəndə sevinirəm. Amma baxır hansı formada. Qaldı ki, “Dilbərim” mahnısına... O qız ifa etdikcə, mən gördüm ki, insanlarda çox aqressiya yarandı. Mahnım da gözdən düşməyə başladı. Mənim səsimi çıxarıb, mənim fonoqramımın üstünə oxuyurdu. Mənim səsimi çıxarıb bir kənara atmaq ən azından hörmətsizlikdir".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "İncə səhər" verilişində deyib.

Sənətçi bildirib ki, gənc ifaçılar onun mahnılarını oxuyaraq, korlayırlar:

"Bütün gənclərə tövsiyəm budur ki, mahnılarımı oxumaq istəyirsiniz, buyurun. Əvvəla, heyif etməyin. Əgər oxuya biləcəksinizsə, oxuyun. İkinci bir tərəfdən, mənim səsimi kənara atanda aranjimanın keyfiyyəti ölür. O mahnı tamamilə gözdən düşür. Mənim etirazım ona olub. Mənim ifa etdiyim mahnının aranjimanına, mənim səsimə toxunmayın. Hər kəs özü kimi olsun. Əgər mənim, Nazpərinin ifa etdiyi kimi oxumağa çalışırsansa, sən hər bir zaman Nazpərinin kölgəsində qalacaqsan”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin