Müğənni Xatirə İslam son paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi illər əvvəl getdiyi Sabunçu rayonu ərazisində yerləşən 7 saylı körpələr evi - uşaq baxçasına yollanıb.
Təhsil ocağının ərazisini anası ilə birgə gəzib, dolaşan müğənni uşaqlıq xatirələrini dilə gətirib. Xatirə bildirib ki, baxçada onun Mila adında müəlliməsi olub:
“Bu “besetka”nın altında oturduğum dəqiq yadıma gəlir. Bir dəfə atam əlində tortla baxçaya gəlmişdi. Mənim yanımda müəllimə vardı. O isə saçlarımı sığallayırdı. Atamı görən kimi dərhal müəlliməni vurdum. Niyə bunu etdim, heç özüm də bilmədim. Yəgin uşaq olmuşam, qanmamışam. Bu baxçanı abadlaşdırıb, təmir etmək istərdim. Çünki bağça elə yerdi ki, orada körpə uşaqlar olur. Baxçamızın pəncərələri də gözəldir. O vaxt mən olanda da pəncərələrdə bu cür pərdələr asılardı. Qəşənq çarpayım vardı. Maraqlı idi... Hamı saf, təmiz və gözəl şeylər düşünürdü”.
Qeyd edək ki, Fəxrəddin Musazadə ilə ailəli olan Xatirənin Emil adında bir oğlu var.
Rəşad Əliyev, Bizim.Media