Bəsti Sevdiyeva: \"Gəlini evə toysuz gətirdik\" - VİDEO

Hazırda oxunan: Bəsti Sevdiyeva: \"Gəlini evə toysuz gətirdik\" - VİDEO

194050

"İki övladım var. Bir oğlum, bir də qızım. Oğlum Bakıda, qızım isə xarici ölkədə yaşayır. Orada o magistratura pilləsində təhsil alır. Pandemiya dövrünə düşdü. Bu səbəbdən də oğluma toy edə bilmədim. Rəsmi nikah oldu. Gəlini toysuz, heç nəsiz götürüb gəldik evə".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsti Sevdiyeva qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.

Sənətçi oğluna toy etməməsinin səbəblərindən danışıb:

"Ana kimi mənə pis təsir etdi ki, oğlumun toyu olmadı. Ürəyimdə qalmışdı. Amma buna rəğmən yenə də toy etmədik. Xəstəlik bir yandan, şəhidlərimiz digər yandan... Onların ruhuna qurban olum. Yəni hamımızın bildiyi məsələlərdir. Atası da mən də dedik ki, toy falan lazım deyil. Oğlum özü də heç istəmədi".
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin