Mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirov itkin düşüb.
Bizim.Media xəbər verir ki, bu haqda Orxanın doğma anası Lalə xanım “Səni axtarıram” ictimai-sosial verilişinə məlumat verib.
Lalə xanım bildirib ki, sonuncu dəfə Orxandan 2023-cü ilin sentyabrında xəbər alıb:
"Biz bərabər yaşayırdıq. Keçən ilin iyunundan Türkiyəyə getdi. Pandemiyadən Ukraynada yaşayırdı. Avqustun sonları telefonla danışanda dedi ki, Moskvaya gedir. Bir az tərəddüd etdim ki, Moskvada vəziyyət yaxşı deyil, sən Ukraynada olmusan. Bir az belə şeylərdən danışdıq. İstəmirdim getsin. Dedi, burada nə var ki? Getdi, bir ay hər gün mütəmadi olaraq görüntülü zənglə danışırdıq. Sonuncu dəfə sentyabrın 22-də danışmışıq. Dedi ki, sabah Türkiyəyə uçur, bileti də var idi. Sonra isə heç bir xəbər gəlmədi".
Rəşad Əliyev, Bizim.Media