“Çalışıram ki, gənclik illərində etdiyim şıltaqlıqları artıq etməyim. Demirəm ki, mənim səhvlərim olmayıb. Bəli, çoxlu səhvlərim olub”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “Gündən günə” verilişində deyib.
Sənətçi bildirib ki, aparıcılar reytinqlərinə görə onun saflığından istifadə edərək, onu efirdə gözdən salmağa çalışıblar:
“Lazımsız şeylər danışmışam. Onu da aparıcılar reytinqə görə mənim səmimiliyimdən, sadəliyimdən, ürəyimin yumuşaqlığından istifadə etdilər. Buna görə də həyatda mənə çox çətin olub. İndi o məqamlar yadıma düşəndə çox pis oluram. Onlar çalışdılar ki, məni reytinqə görə gözdən salsınlar, amma xalq mənim səmimiyyətimə inandı. Hərdən mənə yazıb deyirlər ki, “Bunun ürəyi təmizdir. Bundan çox istifadə edirlər”. Bu məni biraz sakitləşdirir. Artıq çalışıram ki, səhvlər buraxmayım”.
Rəşad Əliyev, Bizim.Media