Kərim: “Flora xanıma zəng vurub dedim ki, belə mahnı oxumaq olmaz” – VİDEO

Hazırda oxunan: Kərim: “Flora xanıma zəng vurub dedim ki, belə mahnı oxumaq olmaz” – VİDEO

193618

Müğənni Kərim Abbasov Xalq artisti Flora Kərimovaya vurğunluğundan söz açıb.

Bizim.Media xəbər verir ki, bu haqda Kərim sənətkarlarla birgə qonaq olduğu “İncə səhər” verilişində danışıb.

“Neftçilər tərəfdə yol gedirdim. Gecə vaxtı idi. Radioda Flora xanımın “Baxma bu qatarın dalınca, baxma” mahnısını səslənirdi. Qəribə bir əhvalım var idi, qəmli vəziyyətdə idim. Biri var mahnıya dinləyici qulaq asır, biri də var ki, musiqiçi olaraq musiqiçinin nəğməsini dinləyirsən. Bu çox fərqli məqamlardır. Telefonu əlimə alıb Flora xanıma zəng vurdum. Salamsız-kəlamsız dedim ki, belə mahnı oxumaq olar, Flora xanım?! Belə oxumaq olmaz. O isə cavabında “Ay can oğlum, hansı mahnını deyirsən?” söylədi. Mən də dedim ki, “Baxma bu qatarın dalınca, baxma”. Flora xanım isə “Mən onu elə-belə oxumuşam. Dedilər ki, yenə oxuyacaqsan, amma aldatdılar məni, o mahnını bir daha oxumadım. Elə də qaldı” sözlərini söylədi. Sizin bu mahnını oxumağınıza qulaq asanda insanın ağlı başından çıxır. Anam sağikən hər zaman mənə deyirdi ki, bir Flora Kərimovaya, bir də Nisə Qasımovaya qulaq as. Başqa heç kimi dinləmə. Flora xanım elə bir sənətkardır ki, ondan danışsan, bitməz. Qulaq asanda da tüklərin biz-biz olacaq”, - deyə Kərim vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin