Arif Quliyevin oğlu: “Anamın səhhəti günü gündən ağırlaşır” - ÖZƏL/FOTO

Hazırda oxunan: Arif Quliyevin oğlu: “Anamın səhhəti günü gündən ağırlaşır” - ÖZƏL/FOTO

193432

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağırlaşıb. Bu səbəbdən aktyorun xanımı “Semaşko” xəstəxanasına yerləşdirilib.

Sənətkarın həyat yoldaşı Gülzar xanımın vəziyyətini xəbər almaq üçün Bizim.Media-nın əməkdaşı A.Quliyevin oğlu Rövşən bəylə əlaqə saxlayıb. 

O, qısa olaraq anasının vəziyyətini belə şərh edib: 

“Anam reanimasiyadadır. Onun səhhəti ağır olaraq qalır. Günü gündən də ağırlaşır. Artıq üç gündür ki, xəstəxanadayıq. Onun “serroz” xəstəliyindən əziyyət çəkməsi də vəziyyətini daha da ağırlaşdırır. Həkimlər əlindən gələni edirlər ki, anamın səhhəti yaxşılaşsın. Ümüdümüz yalnız Allahadır”. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin