Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağırlaşıb.
Gülzar xanımın səhhəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı A.Quliyevin oğlu Rövşən bəylə əlaqə saxlayıb.
Dəstəyi Rövşən bəyin xanımı qaldırıb və qayınanasının səhhətinin hələ də ağır olduğunu bildirib:
“Uzun zamandır ki, Gülzar xanım sirroz xəstəliyindən əziyyət çəkir. Dünən onun səhhəti ağırlaşıb və “Semaşko”ya yerləşdirilib. Həkimlər müayinələr aparıblar. Onlar əlindən gələni edirlər ki, Gülzar xanımın səhhəti yaxşılaşsın. Amma hələ də onun vəziyyəti ağır olaraq qalır”.
Qeyd edək ki, A.Quliyev 2021-ci ildə koronavirusa yoluxmuş, ağ ciyərinin 90 faizi zədələndiyindən "Yeni klinika"da süni tənəffüs aparatına qoşulmuşdu. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Xalq artisti ötən ilin mayın 7-də 71 yaşında dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:06 / 21.05.2024
Arif Quliyevin xanımının vəziyyəti NECƏDİR? – ÖZƏL
Hazırda oxunan: Arif Quliyevin xanımının vəziyyəti NECƏDİR? – ÖZƏL
Hazırda oxunan: Arif Quliyevin xanımının vəziyyəti NECƏDİR? – ÖZƏL
193302
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.