Sevda Yahyayeva: “Evdə bir yerdə olanda dava düşür”

Hazırda oxunan: Sevda Yahyayeva: “Evdə bir yerdə olanda dava düşür”

193290

“Anam və qayınanam bizdədir. Bir də dayələr var. İndi hər yerə rahat gedib, gələ bilirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu “Söhbət var” verilişində deyib. 

İki qız övladı Ayla və Aidadan söz açan sənətçi bildirib ki, onlara təkcə dayələr yox, eyni zamanda anası və qayınanası da baxır: 

“Boş olanda vaxtımı uşaqlarıma ayırıram. Böyük qızımın 1,5 yaşı var, balaca isə 5 aylıqdır. Ayla artıq bağçaya gedir. Yaş fərqi azdır deyə ikisi də əkiz kimidir. Evdə bir yerdə olanda dava düşür. Balacanı qucağıma alanda, böyük ağlayır ki, məni də götür”. 
Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailəlidir. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin