Sabiq Baş nazirin kürəkəni özünə dəmdəsgahlı doğum günü KEÇİRDİ - VİDEO

Hazırda oxunan: Sabiq Baş nazirin kürəkəni özünə dəmdəsgahlı doğum günü KEÇİRDİ - VİDEO

193249

İdmançı və xanəndə Pərviz Qasımov ötən gün özünə dəmdəskahlı doğum günü keçirib.  

Bizim.Media xəbər verir ki, paytaxtın dəbdəbəli restoranlarının birində təşkil olunan məclisdə idman və şou aləminin məşhur simaları iştirak ediblər. 

Ad günündə Pərvizin həyat yoldaşı Gülya xanım və yeganə oğlu Qasım tək buraxmayıb.

Ailənin birgə olan görüntülərini qonaqlar arasında yer alan şairə və qiraətçi Nazilə Səfərli çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Qeyd edək ki, Pərviz Qasımov “Şərəf”, “Şöhrət” ordenli, keçmiş Baş nazir Novruz Məmmədovun kürəkənidir. 

O, N.Məmmədovun qızı Gülya Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı oğlan övladı var. Pərvizin xanımı Gülya 17 il əvvəl "Zuzu" ləqəbi ilə Əməkdar artisti Elza Seyidcahanla birlikdə "Mən aktyoram" mahnısını duet şəklində ifa edib, klip çəkdiriblər. 
Gülya qonaq olduğu "Zaurla Günaydın" səhər verilişində hazırda "Rabitə Nazirliyi"ndə beynəlxalq şöbədə sektor müdiri vəzifəsində çalışdığını açıqlayıb. O bildirib ki, 2018-ci ildə Prezident tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin