Türkiyə Super Liqasında 37-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə "Antalyaspor"un qonağı olub.
Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Məhəmmədəliyev bu matçda meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, 37 turdan sonra 44 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media