Qlyukoza ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan müğənni Natalya İlyiniçna Çistyakova-İonovanın başı dərddədir.
Bizim.Media xəbər verir ki, sənətçinin ölkəsindəki vergi orqanlarına külli miqdarda vergi borcu yarandığı üçün banklardakı hesabları bloklanma təhlükəsi ilə üzləşib.
Federal Vergi Xidməti Natalyanın nə az, nə çox düz 1,2 milyon rubl (224 min manat) məbləğində borcunun olduğunu hesablayıb. Sənətçi vergi ödənişlərinə məhəl qoymamaqda davam edərsə, hesablarının bloklanacağı və xaricə çıxmasına icazə verilməyəcəyi barədə xəbərdarlıq alıb.
Lakin Qlyukoza bundan heç də narahat deyil. Çünki hazırda ulduz İtaliyada tətildədir.
Qeyd edək ki, bir müddət əvvəl Qlyukoza Bakıya gələrək burada “Xuliqanka” adlı mahnısına klip çəkdirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:35 / 18.05.2024
Bakıda klip çəkdirən rus ulduzun başı dərddə: “1,2 milyon vergi borcu var”
Hazırda oxunan: Bakıda klip çəkdirən rus ulduzun başı dərddə: “1,2 milyon vergi borcu var”
Hazırda oxunan: Bakıda klip çəkdirən rus ulduzun başı dərddə: “1,2 milyon vergi borcu var”
192728
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.