Zaur Baxşəliyev: “Əlil arabasında gətirib cibinə milyon qoyurlar”

Hazırda oxunan: Zaur Baxşəliyev: “Əlil arabasında gətirib cibinə milyon qoyurlar”

192720

Aparıcı Zaur Baxşəliyev növbəti açıqlaması ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, Zaur aparıcısı olduğu “Zaurla Günaydın” verilişində ölkəmizə gələn türkiyəli müğənnilərə qoyulan hörmət, eyni zamanda onlara ödənilən yüksək qonorardan söz açıb.

“Azərbaycandakı müğənnilərə nə olub? Camaatı əlil arabasında gətirib cibinə milyon qoyurlar (İbrahim Tatlısəs, Sərdar Ortaç – red.) Serdar Ortaçı gətiriblər, səhnədə yeriyə, oxuya bilmir.

Yazıqdır, onu nəyə gətiriblər? Get, otur evində. Bizim ayaqda duran, səhnəni silkələyən müğənnilərimiz konsert versə, o həvəslə getmərik. Adamı hava limanından əlil arabasında çıxarırlar. Yenə də konsertinə gedirlər. Bu insanlar Türkiyədə bitib, yoxdurlar. Dövrləri bitib.

Onlara niyə əziyyət verirlər?”, - deyə Z.Baxşəliyev vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin