Roza: "Məni həmkarım məclisdə zəhərlədi, 2 il səsim batdı" - VİDEO

Hazırda oxunan: Roza: "Məni həmkarım məclisdə zəhərlədi, 2 il səsim batdı" - VİDEO

192635

"Üç il bundan əvvəl xaricdə olan tədbirlərin birində içdiyim içkiyə nə isə qatmışdılar. Həmin gecədən səsim batdı. İki il yarım mən oxuya bilmədim. Mən muğam ifaçısı deyiləm. O tədbirdə milli janrın nümayəndələri və televiziya işçiləri vardı".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Sənətçi bildirib ki, onu zəhərləyən həmkarının kimliyini bilir:

"Bu haqda danışmırdım ona görə ki, o şəxslər öz istəyinə nail olmadılar. Roza yenə də var. Məni zəhərləyən həmin şəxsin kim olduğunu bilirəm. Onunla münasibətim var. O, milli üslubda bir ifaçıdır.

Mənə də maraqlıdır ki, həmin şəxs bunu niyə edib? Mən muğam janrının ifaçısı deyiləm. Onlar gedən toylara getmirəm. Dəvət də almadığıma görə getmirəm. Ümumiyyətlə, o adamlarla rəfiqəliyim yoxdur. Yaradan insanı qoruyur. Yaradan özü bilir ki, hansı bəndəsi nəyə çarədir. Siz belə etdikcə, mən sənətimlə daha da aqressiv şəkildə məşğul oluram və dayanmıram".
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin