“Oğlum deyir ki, sənin kimi birini istəyirəm. Deyirəm ki, oğlum, onu haradan tapacağam? Mənim kimisi yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.
Sənətçi oğluna axtardığı gəlinin bu xüsusiyyətlərə sahib olmasını istəyir:
“İstəyirəm o mənim qızım olsun. Gəlin nədir? Unudum ki, gəlindir. Qızımdır, evimdir, eşiyimdir. "Kadınsı" olsun. Mənim kimi sadiq, fədakar, cəfakeş, düzgün olsun. Qətiyyən onu qısqanmaram. Sadaladıqlarım olsa, ona canımı da verərəm. Mənim üçün bioloji tərəf, qan qohumluğu vacib deyil. Nə olsun ki, gəlin dediyiniz qanımdan, canımdan deyil, qızımdır. Bizim istədiyimiz kimi biri olsa, o mənim balamdır”.
Qeyd edək ki, Xumar Qədimovanın bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media