“Kurtlar vadisi pusu” serialında “Yarbay Kenan Çekiç” obrazını canlandıran Orhan Aydın Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, “Günaylı gün” verilişində qonaq olan aktyor ölkəmizə vurğunluğunu dilə gətirib.
Orhan bildirib ki, Azərbaycan vətəndaşı olmaq istəyir:
“Hazırda Rumıniyada yaşayıram. Açığı deyim ki, mənim təsvir etdiyim Azərbaycan başqa cür idi. Ölkənizin bu qədər inkişaf etdiyini düşünmürdüm. Azərbaycanın dövlət başçısına səslənirəm, mənə vətəndaşlıq verin. Burada yaşayaram. Bu qədər mükəmməl şəhər görməmişəm. Bakı çox gözəl şəhərdir”.
Rəşad Əliyev, Bizim.Media