Aygün Bayramova Ağdamdakı evlərindən DANIŞDI: "Hər şey uçulub" - VİDEO

Hazırda oxunan: Aygün Bayramova Ağdamdakı evlərindən DANIŞDI: "Hər şey uçulub" - VİDEO

192285

Xalq artisti Aygün Bayramova uzun müddətdən sonra efirə çıxıb.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "7 tamam" verilişində Ağdamdakı evlərindən söz açıb.

Bayramova bildirib ki, mənfur düşmənlər onların evini dağıdıblar:

"Ağdamda evimizə getməzdən əvvəl "Şah Bulağ"a getdik. Orada kanalların biri "Novruz" ilə əlaqədar bayram verilişi çəkirdi. Ermənilər oradan istifadə etdikləri üçün həmin yeri dağıtmayıblar. 
O ki qaldı ki, mənim Ağdamdakı evimə getmək məsələsinə... Bilirsiniz ki, Ağdamda mən ustadım Arif Babayevlə qonşu olmuşam. Evimizdən demək olar ki, heç nə qalmayıb. Uçulub hər şey. Arif müəllimin həyətində isə krant düzəldiblər. Amma yarı sınmış vəziyyətdə idi. Qalan heç bir şey yox idi".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin