Elza: “Məni tənqid edənlər ailə tərbiyəsi görməyən, dişini yumayanlardır” - VİDEO

Hazırda oxunan: Elza: “Məni tənqid edənlər ailə tərbiyəsi görməyən, dişini yumayanlardır” - VİDEO

192248

“Tənqid üçün ürəyim gedir. Çünki tənqid insanı inkişafa aparır. Ölməz bəstəkarımız Qara Qarayev deyib ki, “Tənqid edənləri mən qızıl axtaranlara bənzədirəm. Tənqidçilər sübut edəcək dərəcədə tənqid etməyi bacarmalıdırlar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Qonaqcanlı” verilişində deyib. 

Elza bildirib ki, onu sosial şəbəkədə tənqid edən şəxslər savadsız və dünya görünüşü olmayanlardır:  

“Ailə tərbiyəsi, məktəb partası, auditoriya görməyən, əlini, üzünü, dişini yumayan, ayaqqabı görməyib küçələrdə “vyetnamka” (ləpiklə - red.) ilə gəzən sənə sosial şəbəkədə şərh yazır ki, “Bunu bəyənmirəm”... O tənqidçi deyil. O musiqimizə, mentalitetimizə təhqirdir. Konservatoriyada musiqiçilər ayrı, tənqidçilər ayrıdır. Tənqidçilərin qarşısında biz hər-hansısa bir əsəri ifa edəndə ilk növbədə gözləyirik ki, bizi tənqid etsinlər. O tənqidin əsasında isə biz inkişafa doğru gedirik”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin