“Kişi ağııllıdırsa, demək, güclüdür. Gedib ağıllı qadınla evlənəcək”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu “Elgizlə izlə” verilişində deyib.
Sənətçi bildirib ki, oğluna pul xərcləməkdə qənaət etməməsini tövsiyyə edib:
“Qənaət etmək lazım deyil. Anam məni ikinci dəfə doğmayacaq ki... Oğluma da deyirəm ki, 27 yaşın var, sabah bəlli deyil nə olacaq. Bu günü yaşa, qənaət etmə. Ürəyin nə istəyir onu et. Amma çərçivədə.
Cibində beş manat varsa, ürəyin 4 manatlıq nəsə istəyirsə, get al ye. Pul xərcləndikcə üstünə gəlir. Yığıb saxlayanda, üstünə gəlmir. Ürəyin istəyəni etməlisən. O vaxt Nadir Qafarzadəyə deyirdim ki, reklamına pul xərclə. 10 şirvan qazanırsansa, yeddisini reklama xərclə, üçünü evə apar. Çox qənaət simiclikdir”.
Rəşad Əliyev, Bizim.Media