Ötən gün VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi baş tutub.
Bizim.Media xəbər verir ki, tədbirin üçüncü günü Laçında baş tutub.
Mötəbər mərasimdə bir çox incəsənət nümayyəndələri səhnədə çıxış ediblər.
Festivalın sonunda Xalq artistləri Aygün Kazımova, Nazpəri Dostəliyeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Lalə Məmmədova, Elnarə Abdullayeva, Lamiyə Kərimova, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, müğənnilər Günay İbrahimli, Azad Şabanov, Ayaz Qasımov, Kəmalə Qaramollayeva, Aşıq Əli və digərləri birlikdə mahnı ifa ediblər.
Rəşad Əliyev, Bizim.Media