Dünya pop musiqisinin ulduzu Britni Spirsin pərəstişkarları və qohumları boş yerə həyəcan təbili çalmır və onun yenidən qəyyumluğa ehtiyacı olduğunu israr edirlər.
Bizim.Media xəbər verir ki, bir neçə gün əvvəl ayağının sındığını açıqlayan sənətçi həkimlərdən kömək istəmədiyini bildirib.
Və hamısı ona görə ki, o, bədəninin "öz-özünə sağalıb-sağala bilməyəcəyini" görmək istəyir:
“Qırılmış ayağımla yeriyərəm... Çox sürətli yeriyəndə, uyuşur!”.
Britni bildirib ki, həyatı boyu o, üç dəfə sol ayağından əməliyyat olunub. Həkimlər onun dizini iki dəfə kəsib, bir dəfə ayağını əməliyyat ediblər:
“Onlar həmişə deyirdilər ki, onun öz-özünə sağalması mümkündür, lakin ayağın yenidən qırılması ehtimalı böyük idi. Əməliyyata razılaşdım və sonradan daha çox ağrıyırdı, ona görə də bu dəfə inadkar oldum. Görəcəyəm, bədənim öz-özünə sağalacaqmı”.
İddialara görə, Spirs mayın əvvəlində Los-Ancelesdəki oteldə qulluqçu sevgilisi Pol Solislə istirahət edərkən yaralanıb. Cütlüyün mübahisə etdiyi, daha sonra özündən çıxan müğənninin qonaqları və əməkdaşlarını hədələyərək oteli gəzməyə getdiyi bildirilib. Britni şişmiş ayağının videosunu sosial şəbəkə hesabında yayımlayıb, daha sonra isə silib.
“Ayağım indi çox böyükdür və çirkindir”, - deyə Spirs izləyicilərinə şikayət edib.
Rəşad Əliyev, Bizim.Media