“Atam və anam sağikən bizim qapıda toylar üçün növbə dayanırdı. Bir gecədə 50-60 maşın gözləyirdi ki, mən toydan gələcəyəm, onlar da öz məclislərinə adımı yazdırsınlar. İl boyu toy yazdırılırdı”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Bilal Əliyev qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.
Sənətçi bildirib ki, illər əvvəl mikrofon vasitəsi ilə onu zəhərləmək istəyiblər:
“O zamanlar xüsusi mikrofonum vardı. Günlərin bir günü bilmədən mikrofonunun baş hissəsini burub, açdım. Gördüm ki, içindən qara rəngdə 30-40 qrama yaxın zəhər çıxdı. Mən onu açan anlarda həyətimizdə ağ rəngdə qoç vardı, o yıxıldı yerə. Atam dedi ki, onu dərhal kəsmək lazımdır. Kəsdik və ətini payladıq. Belə hallar olub”.
Rəşad Əliyev, Bizim.Media