"Şuşa bizim canımızdır. Şuşaya söz çatdırmaq mümkün deyil. Şuşa üçün əlimdən nə gəlirsə, bir az oxuyuram. Bu gün nə qədər buradakı qonaqlarla şəkillər çəkdirdim və ünsiyyətdə oldum. Xoşbəxtəm! Şuşada olduğum üçün xoşəbəxtəm. Xoşbəxtəm ki, bu çayı, çəməni görürəm".
Bizim.Media xəbər verir ki, bu sözləri Şuşada sayca 7-ci dəfə keçirilən "Xarıbülbül" festivalında ilk dəfə iştirak edən Xalq artisti Zeynəb Xanlarova Real TV-yə müsahibəsində deyib.
Mikrofon önünə keçən 87 yaşlı sənətkar səmimi etiraflar edib:
"Rəhmət oxumaq istəyirəm bu müqəddəs torpaq uğrunda həyatlarını qurban verən insanlar üçün. Oxuyanda gözümün qabağına onları gətirdim. Allah onlara rəhmət eləsin. Cənab prezidenti o qədər sevirəm ki,... Mən o qədər prezidentlər görmüşəm ki,... Qapıdan barmaqlarını çıxarıb, evindən bayıra qoyan prezidentlər də görmüşəm.
Düzdür, hamı mənə hörmət edib, amma gərək düzünü deyəsən. Biz gərək düzünü söyləyək. O dağlarda oturub cürbəcür sözlər danışanlar var. Gəlsinlər qabağıma partladım, öldürüm onları. Bizim əziz prezidentimiz İlham Əliyev olmasaydı, bəlkə də necə var idiksə, elə də qalacaqdıq.
Bu isə mənim ürəyimdən gələn sözlərdir. Cənab prezidentin özü də, həyat yoldaşı da, qızı da, oğlu da ailəvi olaraq, bu xalq üçün yaşayırlar. Mənim yaltaqlığım yoxdur. Oxuyan adamam, heç vecimə gəlmir kim olursa, olsun. Ancaq yaxşının qədrini bilmək lazımdır. Mənim canım qurban Cənab Prezidentə. Onu çox istəmişəm, istəyəcəyəm də... Onun atasını-Heydər Əliyevi də çox istəmişəm, indi də istəyirəm".
- A-
- A
- A+
Şoutaym
19:00 / 11.05.2024
Zeynəb Xanlarova: "Şuşada olduğum üçün xoşbəxtəm" - VİDEO
Hazırda oxunan: Zeynəb Xanlarova: "Şuşada olduğum üçün xoşbəxtəm" - VİDEO
Hazırda oxunan: Zeynəb Xanlarova: "Şuşada olduğum üçün xoşbəxtəm" - VİDEO
191588
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.