Xəbər verdiyimiz kimi, Xalq artisti Zeynəb Xanlarova ilk dəfə Şuşaya gedib.
Bizim.Media xəbər verir ki, 87 yaşlı sənətkar “Xarıbülbül” festivalının açılış konsertində səhnəyə çıxıb.
Xanlarova repertuarında yer alan, dillər əzbəri olan “Yaşa, Azərbaycan!” mahnısını ifa edib.
Müğənninin bu çıxışı böyük coşqu, rəğbət və alqışla qarşılanıb.
Rəşad Əliyev, Bizim.Media