Xalq artisti Bilal Əliyev 36 il əvvəl toylarda üzləşdiyi hərc-mərclikdən söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb.
“1993-cü ilin iyununda vətəndaş qarşıdurması başladı. İnanın, o illərdə o qədər zülmlər çəkdik ki... Biz toylara gedə bilmirdik. O zamanlar mən və bir sıra həmkarımız çox dəbdə idik. Biz ən bahalı məclisləri aparırdıq. Toydan yığılan pulları ələ keçirib, bizi silahla qorxudurdular. Onlar bütün pulları alırdılar”, - deyə B.Əliyev vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media