Türkiyənin reytinqləri alt-üst edən məşhur “Yalı Çapkını” serialında “Seyran” obrazını canlandıran aktrisa Afra Saraçoğlu Okan Universitetinin təşkil etdiyi mərasimdə xoşagəlməz hadisə ilə qarşılaşıb.
Bizim.Media xəbər verir ki, aktrisa tədbirdə “İlin ən yaxşı aktrisası” mükafatını almaq üçün səhnəyə çıxıb.
Səhnədə Saraçoğluya üç mükafat verən yaşlı kişinin hərəkətləri müzakirə obyektinə çevrilib.
Belə ki, həmin şəxs əlini aktrisanın qolunun altına atıb və sinəsinə toxundurub. Həmin an Afranın üz ifadəsi “180 dərəcə” dəyişilib.
Sözügedən görüntülər sosial şəbəkəyə yayıldıqdan sonra izləyicilər həmin şəxsin ictimaiyyət qarşısında Afraya təcavüz etdiyini yazıblar. İzləyicilərin bəziləri isə mükafatların ağır olduğunu və bu səbəbdən onları tutmaqda aktrisaya yardım etdiyini bildiriblər.
Rəşad Əliyev, Bizim.Media