Nazpəri Günelin qardaşı oğlunun məclisində rəqs etməkdən İMTİNA ETDİ – VİDEO 

Hazırda oxunan: Nazpəri Günelin qardaşı oğlunun məclisində rəqs etməkdən İMTİNA ETDİ – VİDEO 

191344

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Günel Zeynalova ifaçı qardaşı Tunar Rəhmanoğlunun övladı Rəhman üçün kiçik toy məclisi edib. 

Bizim.Media xəbər verir ki, sənətçinin dəvəti ilə məclisə gələn Xalq artisti Nazpəri Dostəliyeva “Dilbərim” adlı mahnısını ifa edib. 

Bundan sonra Günelin atası Rəhman bəy Nazpərinin əlindən tutaraq Günelin yanına rəqs etməyə aparıb. Lakin Dostəliyeva rəqs etməkdən imtina edib. Buna səbəb isə ard-arda, əvvəlcə oğlu Əlinin daha sonra isə müğənni bacısı Zeynəb Dostəliyevanın həyatdan köçməsi olub.
Nazpəri məclislərdə çıxış etsə də, rəqs etmir. Günel bunu anlayaraq onu yanağından öpüb və məclislərinə gəlib iştirak etdiyi üçün ona təşəkkürünü bildirib. 

Həmin anlar lentə alınıb və G.Zeynalova onları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Sözügedən görüntüləri təqdim edirik: 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin