Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Tarixin bir günü" verilişində iddia edib ki, müğənni Manaf Ağayevin doğum günü məclisində Əməkdar artist Vasif Məhərrəmli və müğənni Mətanət Əsədova arasında mübahisə düşüb və orada əlbəyaxa dava yaşanıb.
Bizim.Media xəbər verir ki, Tolikin bu sözlərini eşidən proqramda qonaq olan Manaf və Mətanətin üz ifadəsi 180 dərəcə dəyişib.
M.Ağayev bu hadisədən bixəbər olduğunu və məclisdə belə bir olaya rast gəlmədiyini bildirib: "Mən heç nə görməmişəm və heç nə bilmirəm".
M.Əsədova isə həyacanla həmkarı Manafın üzünə baxaraq, “mən məclisdə idim, oxudum sonra da işim çıxdığından, məclisdən çıxıb getdim. Yəni, Manafı təbrik edib, getdim" sözlərini dilə gətirib.
Tolikin "bəs mən sizə bu hadisə zamanı çəkilən videonu göstərsəm... Mən Manafın burada boynuna heç nə qoymaq istəmirəm. Çünki o, sözünü deyəcək insandır" ifadələrinə Manaf "əvvəla belə bir şey olmayıb. Bu, efir söhbəti deyil. Kiminsə kimləsə giley-güzarı varsa... Bu, yaxşı hal və iş deyil. Xüsusilə də bu, canlı verilişdir. Həyatımda belə bir şey olmayıb" deyərək etirazını bildirib.
Lakin Tolik Manafın bu açıqlamasından narazı qalıb. Və ad günündə baş verən hadisəni yenidən təkrarlayıb: "Vasifin Mətanət xanımla söz-söhbəti olduğuna görə, hətta ortaq dostumuz Məhhərrəm Vasifin məclisdə cavabını verib".
Proqramın gedişatında Vasif Məhərrəmli canlı efirə telefon vasitəsi ilə qoşulub və həmkarları tərəfindən gizlətməyə çalışdıqları hadisəni belə şərh edib:
"Mən içki içən insan deyiləm. O adını çəkdiyiniz Məhərrəm isə bir az içkili idi. Orada müəyyən xoşagəlməz bir hadisə, söz-söhbət oldu. O da iradını bildirdi. Heç zaman mübahisə ola bilməz. Məhərrəm hamımızın böyük qardaşıdır. Bir sözlə, başqa söhbət ola bilməz. Əgər mübahisə edibsə də düz edib, əcəb edib, o, bizdən böyükdür".
Rəşad Əliyev, Bizim.Media