Aparıcı Günay Baxşəliyeva efirdə göz yaşlarına qərq olub.
Bizim.Media xəbər verir ki, həmin anlar Günayın aparıcısı olduğu “Günaylı gün” verilişində yaşanıb.
G.Baxşəliyevanın ibtidai sinif müəllimi Baharə xanımın efirə zəng etməsi aparıcını kövrəldib. Müəlliminin səsini eşidən Günay əlləri ilə üzünü tutaraq ağlayıb.
Aparıcı hisslərini bu sözlərlə ifadə edib:
“Mən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Faiq Rəfiyev adına 166 nömrəli məktəbdə oxumuşam. Nə yaxşı ki, varsınız. Məni çox kövrəltdiniz. Bu efir yaddaşıma yazıldı. Bir anlıq məktəb illərinə qayıtdım və o hissləri yenidən yaşadım. Baharə xanım mənə çox doğma olan bir müəllimdir. Mən sinif nümayəndəsi idim. Onun bütün işləri mənimlə olurdu, bütün məsuliyyət mənim çiyinlərimdə idi. O mənə çox güvənirdi”.
- A-
- A
- A+
Şoutaym
17:16 / 08.05.2024
Onun zəngi Günay Baxşəliyevanı efirdə AĞLATDI – VİDEO
Hazırda oxunan: Onun zəngi Günay Baxşəliyevanı efirdə AĞLATDI – VİDEO
Hazırda oxunan: Onun zəngi Günay Baxşəliyevanı efirdə AĞLATDI – VİDEO
191118
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.