Hazırda İsveçin Malmö şəhərində nüfuzlu "Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçiləri Fahree və İlkin Dövlətov "Özünlə apar" duetlərini və hazırlanan səhnə perfomanslarını bir neçə saatdan sonra 12-ci nömrə altında təqdim edəcəklər.
Gecənin aparıcıları Petra Mede və aktrisa Malin Okermandır.
Qeyd edək ki, bu gün birinci yarımfinalda ölkəmizlə yanaşı, Serbiya, Ukrayna, Moldova, İsveç, Avstraliya, Finlandiya, Portuqaliya, Polşa, İslandiya, Litva, Sloveniya, Birləşmiş Krallıq, Xorvatiya, Lüksemburq, Kipr çıxış edəcəklər.
Rəşad Əliyev, Bizim.Media