"Oqtay Əliyev dedi ki, buna görə siz 40 min manat cərimə ödəməli olacaqsız" – VİDEO 

Hazırda oxunan: "Oqtay Əliyev dedi ki, buna görə siz 40 min manat cərimə ödəməli olacaqsız" – VİDEO 

190853

“Oqtay Əliyev sanki hamını qanadının altına yığan, rahat, ürəyi geniş insan idi. İlk tanışlığımız “Sirr” serialında oldu. Efirdə bir neçə bölüm gedirdi. Başqa yerdə məni komediya janrında olan seriala çağırdılar. Maddi durumumuzu düzəltməliyik, gedib çəkildim. Oqtay Əliyev bundan xəbər tutdu və məni çağırdı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Zemfira Əbdülsəmədova qonaq olduğu “Ötən günlər” verilişində deyib. 

Sənətçi mərhum Əməkdar mədəniyyət işçisi və “SOY – production”ın təsisçisi Oqtay Əliyevlə bağlı xatirələrini bölüşüb.

Z.Əbdülsəmədova bildirib ki, xəbərdarlıq etmədən 2 seriala çəkildiyi üçün mərhum onun 40 min manat cərimə olunacağını söyləyib: 

“İlk dəfə onu elə ciddi görürdüm. Dedim, nə olub ki, Oqtay? Cavab verdi ki, Əmək Məcəlləsindəki qanunu pozmusunuz. Bir aktrisa eyni vaxtda iki seriala çəkilə bilməz, buna görə də siz 40 min manat cərimə olunmalısınız. Dedim, Oqtay, məndə o qədər pul nə gəzir? Dedi, yox, qaydanı pozmusunuz. Söylədim ki, indi buradan çıxım, ya oradan? Qayıtdı, oradan çıxın, nəyinizə lazımdır? Bizim hələ layihələrimiz var, çalışacağıq, komediya istəyirsənsə, edək.
Oradan çıxdım və dediyi də oldu. “Üç bacı” serialına çəkildim. Böyük obraz idi. Çalışdıq, etdik, birgə məsləhətləşdik ki, necə daha yaxşı edə bilərik. Hətta yolda gedirdim, məni simamdan tanımırdılar. Amma səsimi eşidən kimi deyirdilər ki, Xədicə. Xalqın sevimlisinə çevrildim. Mənim boynumda Oqtayın böyük haqqı var”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin