Zaur Rzayev: “Toyu hörmətsiz edib, “çayxana”ya döndəriblər” - VİDEO

Hazırda oxunan: Zaur Rzayev: “Toyu hörmətsiz edib, “çayxana”ya döndəriblər” - VİDEO

190676

“Biz toya o qədər müqəddəs yer kimi baxmışıq. Üç gün əvvəlcədən özümüzü hazırlayıb deyirik ki, “Filankəsin toyuna gedirik”. Sabirabada toya getmişik, məclis yiyələri Əlibayramlıya gəlib bizi qarşılayıblar. Bizim üçün qoyun kəsiblər. O qədər müqəddəs yanaşıblar ki, deyiblər “Burada yox, orada otur”. Bakının bütün kəndlərində keçirilən qadın toylarını Əməkdar artist, qarmon ustadı Gövhər Rzayeva idarə edib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev qonaq olduğu “O üz” verilişində deyib. 

Sənətçi bildirib ki, toylar əvvəlki sanballığını itirib və bayağılaşıb: 

“Toya qarşı böyük hörmək və izzət olub. Amm indi kimə nə deyirsən deyir ki, bu “toy mahnısı”dır. Bu toya niyə siz hörmətsiz edirsiniz? İndi toy sözünü ediblər “çayxana”. Müğənnilər efirlərə çıxırlar ki, toya getsinlər. Mədəni fəhləlik etmək, pul qazanmaq. İndi oxumaq çox asan işdir.
Bir mahnı ki, üç notun üzərində qurulub və orada “Sən mənə gəl, mən sənə” kimi bayağı sözlərdən ibarətdir. Millət də, kütlə də düşür ortalığa. Bir filmdə deyir ki, “Mənim havamı çal. “Heyva gülü” çal” və ya “Süleymanı çal””. İndi toy başlayan kimi eyni ritm eyni sözlərdən ibarət mahnılar səslənir, qulaqlar batır”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin