Mehriban Zəki: “Gözümü qaldırıb yerdə uzanan Oqtayı gördüm və yenə huşumu itirdim” - VİDEO

Hazırda oxunan: Mehriban Zəki: “Gözümü qaldırıb yerdə uzanan Oqtayı gördüm və yenə huşumu itirdim” - VİDEO

190617

“Bu il boyu bu barədə danışmadım. Mənə olunan bütün zənglərdən imtina etdim. Heç bir zəngə cavab vermədim və heç bir televiziyaya bu barədə çıxıb danışmadım. Yəqinki, mən də böyük bir şok keçirdim. Hər gün bunu özümdə analiz edirdim. Çox böyük xəsarət almışdım. Fikirlərim dağılmışdı. Amma o günü yadıma salanda... Avtomobil yol kənarına çıxanda başımı qaldırıb bir neçə dəfə “Oqtay” deyib, onu çağırmağa başladım. Anladım ki, Oqtay yoxdur. Heç Oqtaya baxmağa bir məqam yox idi. Sanki Oqtay susmağı ilə mənə dedi ki, heç bir problem yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Mehriban Zəki qonaq olduğu “Ötən günlər” verilişində deyib. 

Sənətçi bir il əvvəl həmkarı Əməkdar artist Dilarə Əliyeva və onun həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi və “SOY – production”un təsisçisi Oqtay Əliyevin dünyasını dəyişdiyi dəhşətli qəza ilə bağlı ilk dəfə geniş açıqlama verib. 

Mehriban bildirib ki, qəza zamanı o, huşunü itirib və hadisədən bir gün sonra O.Əliyevin öldüyünü öyrənib:  

“İlk zərbədə mən huşumu itirdim. Sonra huşum ağlıma gələndə ilk Dilarənin səsini eşitdim. O söyləyirdi ki, “Mehribanın üzü qandır... Oqtay, Oqtay...” Mən nə baş verdiyini... Dumanlı şəkildə... Sonra sosial şəbəkələrdə o şəkillərə baxanda sağolsunlar – dırnaq içərisində deyirəm. Naxoş olan şeylərdir onlar. Bir insanın qəzasını, onun faciəsini o şəkildə paylaşmazlar. Amma o şəkillərə baxanda özümün o halım heç yadımda deyildi. Yadımda olan isə gözümü qaldırıb yerdə uzanan Oqtayı gördüm sonra yenə huşumu itirdim. Sonra hər dəfə mən gözümü açdıqca Dilarənin və Oqtayın vəziyyətini soruşurdum.

Mənə son ana qədər demədilər... Mən səhərisi gün bildim ki, Oqtay dünyasını dəyişib. Artıq bu hadisənin üzərindən bir il keçib... Söylənməsi olan Oqtay o susqunluğu, dinməməzliyi ilə yenə də sanki problem yoxdur, mən xoşbəxtəm... Sonra Dilarənin də bir sözü yadımdadır ki, Oqtayın baxanda bir xoşbəxtlik onun üzündə var idiki... Allah ona rəhmət eləsin! Hər zaman onu yalnız xoş xatirələrlə anırıq. Oqtay, problem yoxdur...”. 
Qeyd edək ki, Oqtay Əliyev 22 mart 2023-cü ildə yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Belə ki, Abşeron rayonu ərazisində onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində 54 yaşlı Oqtay Əliyev dünyasını dəyişib, avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin