"Birinci həyat yoldaşımla 10 il yaşadım. Onunla ayrılandan bir il sonra ikinci dəfə ailə qurdum. Bu ərəfədə də mənim birinci ərim, həmkarım Sevda Əliqizı ilə ailə qurdu. Birinci ərim gördü ki, mən başqa bir kişi ilə ailə qurmuşam, o da bu cür addım atdı. Birinci ərim çox gözlədi məni. Anası düşündü ki, bu məndən ayrılandan sonra kənar yerə gedəcək. Ona görə dedi ki, qohumla evlənsin, amma uzağa getməsin, yanımda qalsın. Qohumu ilə evlənsə də o, xalama zəng vurub deyirdi ki, mən Rühəngizsiz qala bilmirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Musəvi qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.
Sənətçi bildirib ki, birinci həyat yoldaşı ilə ayrılandan sonra qız övladına görə şans verərək, onunla yenidən barışıb:
"Birinci həyat yoldaşım məndən ayrılmaq istəmirdi. Mən uşağıma görə onunla barışdım. Onun özünə də dedim ki, qızıma görə səninlə barışıram. Amma gördüm ki, bizdə alınmır... O insan məni həddən artıq çox istəyirdi və sevirdi. İnsanlar itirəndən sonra insanın qədr-qiymətini bilirlər".
Proqramın aparıcısı Ülvira Qarayevanın "Sevda Əliqızı ilə ədavətiniz olmadı?" sualına R.Musəvi belə cavab verib:
"Niyə olsun? Biz bir yerdə verilişlərə çıxırdıq. Bizi görənlər təəccüblənirdi. Deyirdilər ki, “axı bu necə olur…” Çünki, mən ikinci dəfə ailə qurmuşdum, Sevda da onunla ailə qurmuşdu. Verilişlərdə qonaq olarkən görüşürdük. Sevdanı mənim sənət dostum kimi qəbul edirdim. Sevda olmayaydı, başqası olardı, onsuzda birinci həyat yoldaşım hansısa bir qadınla ailə quracaqdı. O axı kişidir, o, tək qalmayacaq.
Mən düz danışan insanam. O, yox, Sevda xanım onunla özü ayrıldı. Onların evliliyi 10 il çəkdi. Birinci ərim Sevda ilə ailə quranda qızım onların evinə gedib-gəlirdi. Amma "səninlə barışıb sənə dönmək istəyirəm" kimi şeylər demirdi. O şəxs Sevda ilə 10 il birgə yaşadı daha sonra başqa bir qadınla ailə qurdu. Yenə də kişidir də... Üçüncü arvadından övladı da var. Yenə də deyirəm Sevda mənim ailəmi dağıtmayıb".
- A-
- A
- A+
Şoutaym
23:10 / 04.05.2024
Rühəngiz Musəvi: "Sevda Əliqızı birinci ərimlə ailə qurduqdan 10 il sonra ondan ayrılıb" - VİDEO
Hazırda oxunan: Rühəngiz Musəvi: "Sevda Əliqızı birinci ərimlə ailə qurduqdan 10 il sonra ondan ayrılıb" - VİDEO
Hazırda oxunan: Rühəngiz Musəvi: "Sevda Əliqızı birinci ərimlə ailə qurduqdan 10 il sonra ondan ayrılıb" - VİDEO
190479
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.