Əməkdar artist Elza Seyidcahanın keçmiş həyat yoldaşı Elşən bəy “Günaylı gün” verilişinin canlı efirinə zəng edib.
Bizim.Media xəbər verir ki, o, proqramda qonaq olan Elza haqqında danışaraq oğlan nəvəsini doğum günü münasibəti ilə təbrik edib:
“Nəvəmi təbrik edirəm. Böyük oğlan olsun, ata-analı, nənə-babalı böyüsün. Nənəsinə də Allah can sağlığı versin ki, övladlarına belə baxır”.
Elşən bəy E.Seyidcahanın yaxşı gəlin olduğunu bildirib:
“Mən efirdə görünməyi xoşlamıram. Elza yaxşı gəlin olub. Nə oldusa, olub keçib”.
E. Seyidcahan isə keçmiş əri haqqında bu fikirləri səsləndirib:
“Elşənin həyat yoldaşı doğma dayısı qızıdır. Bu yaxınlarda mənə zəng vurmuşdu. Ələkbərin bu vaxtlarda səhhətində nəsə olur. Özü dedi ki, Ələkbər gəlsin, ona qulluq edim, müalicə edim. Keçmiş həyat yoldaşımın dayısı da həmişə bizə gəlirdi. Deyirdilər, yer üzündə Elza kimi gəlin yoxdur. Mən gəlinlər gəlini, qızlar qızı, xanımlar xanımı, analar anası, nənələr nənəsi, bəstəkarlar bəstəkarı, müğənnilər müğənnisiyəm”.
Rəşad Əliyev, Bizim.Media