Doğuş: "Xoşqədəm dedi ki, manyaksan, niyə səninlə evlənim?”

Hazırda oxunan: Doğuş: "Xoşqədəm dedi ki, manyaksan, niyə səninlə evlənim?”

190120

“Məni Xoşqədəmin proqramına dəvət etdilər. Mən də hesab (məbləğ – red.) atdım ki, bu qədər göndərsəniz, gələrəm. Göndərdilər, mən də getdim. Proqramdan bir gün əvvəl əlilliyi olan uşaqları görməyə getdik. Xoşqədəmin uşaqlara olan münasibəti məni heyran qoydu. Çox ürəkdən, səmimi idi. Canlı yayımı etdik. Verilişdən çıxandan sonra Xoşqədəmə “Sən mənimlə evlən” söylədim. “Manyaksan, niyə səninlə evlənim?” Xoşqədəm mənə cavab verdi. Dedim ki, “Evlən də, nə olacaq ki?” Eləcə aramızda zarafat etdik. “Evlənmək elə o dəqiqə olur ki” deyə soruşdu. Biz 6 ay mesajlaşdıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri türkiyəli müğənni Doğuş qonaq olduğu “YouTube” da yayımlanan Armağan Çağlayanın aparıcısı olduğu “Şimdiki aklım olsaydı” verilişində deyib. 

Sənətçi proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə tanışlığından və evliliyindən söz açıb: 

“Sonra konsert olduğunu və gələ bilib-bilməyəcəyimi soruşdu. “İşim budur, niyə gəlməyim?” söylədim. Komandamla yenə getdik Bakıya. Konsertdən 3 gün əvvəl çatdıq. Bir gün əvvəl də Azərbaycan şəhid verdi. Dedim ki, “Həyatda bu konsertdə çıxış etmərəm. Türkiyə, ya Azərbaycan nə fərqi var? Şəhid olan bir yerdə atdanıb-düşüb, göbək atıb, rəqs edəcəyik?” Pulu da vermişdilər, məşqlərə getdim. Xoşqədəm soruşdu ki, məşq etmirsiniz, axşam konsert var. Dedim, “Nə konsert, xəbərləri izləmirsən? Harada yaşayırsan sən? Konsert verə bilmərik”. Ağlayıb boynuma sarıldı. Soruşdu ki, “Mənə evlən təklifi etmişdin, keçərlidir?” Cavab verdim ki, “Keçərlidir”. “Onda qəbul edirəm” söylədi. O qədər vətəninə-millətinə bağldır ki, bunu izah edə bilmərəm. Beləcə evliliyə ilk addımızı atdıq. Dedilər 3 ay sonra bunlar boşanar. Sonra 6 ay, 1 il olmaz, 2 ilə dəqiqdir boşanacaqlar. 2 oğlum oldu. Məni idarə etməyi bildi, sağolsun. Çünki çətin adamam. Ailədə yaşamamış biri nə qədər ailəyə bağlı ola bilər ki? Məni bu mövzuda düzəltdi”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin