Aşıq Namiq Fərhadoğlunun efirdə başına iş gəlib.
Bizim.Media xəbər verir ki, hadisə sənətçinin qonaq olduğu “Xeyirli axşamlar” verilişində yaşanıb.
Əlində sazı ilə ayaq üstə studiyada dayanan Namiq qolu ilə yanında dayanan pipitora dəyib. Bu anda sənətçi pipitoru əli ilə tutaraq yıxılmağa qoymayıb. Müvazinətini itirən Fərhadoğlu əlindəki sazın qolunu yerə çırpıb.
“Sazım da qırıldı... Sazım gözə dəydi”, - deyə aşıq vurğulayıb.
Namiqin sazı yerə çırpılsa da, sınmayıb.
Rəşad Əliyev, Bizim.Media