Müğənni Nura Suri efirdə əsəbiləşib.
Bizim.Media xəbər verir ki, hadisə sənətçinin qonaq olduğu “El canlı” verilişində yaşanıb.
Sözügedən proqramın aparıcısı Elcan Rəsulovun “İfaçı Aygül Səfərovanın “I love you” mahnısına irad bildirmişdiniz. O da keçən verilişdə söylədi ki, “Nuranın bir dənə belə mahnısı yadıma düşmür. Mahnılarınız özünüzün yadınıza gəlirsə, adlarını deyin, Aygül də bilsin” sözlərinə Nuranın üz ifadəsi 180 dərəcə dəyişilib.
Sevmədiyi ifaçının adını eşidən Nuranın aparıcıya cavabı belə olub:
“Bu cür insanlar sizin verilişdə mənim adımı çəkərək özlərini reklam edirlər. O ifaçı pul verib efirə çıxır. İndi səsimi efir rejissorunuz kəsəcək. Çünki elə müğənnilər ödəniş edərək efirə çıxırlar”.
Bundan sonra Nura Surinin mikrofonu efir rejissoru tərəfindən söndürülüb.
Mikrofonu açıldıqdan sonra müğənni “Elə zövqsüz insanların tanıması məni gözdən salır” fikirlərini əsəbi halda dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media