Müğənni Mənzurə Musayeva növbəti açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Günaylı gün” verilişində bildirib ki, subay vaxtı ona 9 nəfər elçi göndərib.
“Əvvəllər nə müğənni qız alırdılar, nə də ki, müğənniyə qız verirdilər. Amma qapıma 9 elçi gəlmişdi. Tamaşaçılar dediklərimi pis başa düşməsin. Mənim seçimim pis oldu. Ola bilər ki, qarışıqlıq oldu. Yəni mənə çox elçi gəldi və bundan başımı itirdim. O 9 elçinin içində ən çox tanıdığım başı batmışa da ərə getdim. 7 il ailəli oldum sonra isə ayrıldım. İndi mən çox xoşbəxtəm. Bundan sonra mənə elçi gəlsə, yaxşı olar. Bəlkə o 10-cu elçidə yarıyaram”, - deyə Mənzurə vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media