Aşıq Telli Borçalı ilə həmkarı Zülfiyyə İbadova arasında illər əvvəl yaranan qalmaqal yenidən alovlanıb.
Bizim.Media xəbər verir ki, aşıq Zülfiyyənin efirlərin birində zarafat edərək söylədiyi “Telli Borçalı sazını bizim restoranda qoyub-gedir” sözlərə aşıq Telli qonaq olduğu “Rəngarəng səhər” verilişində sərt cavab verib.
T.Borçalı həmkarını yalan danışmaqda ittiham edib:
“Biri var yalan, biri də var ağ yalan... Zülfiyyə haqqımda başından böyük yalan danışıb. Zülfiyyə ilə bu haqda danışmışam. Çox böyük yalan danışıb. Guya mən Zülfiyyənin hər gün restoranına getmişəm və sazımı orada qoyub, çıxıb gedirəm. Zülfiyyənin bu açıqlamasından sonra jurnalistlər mənə zəng edib məsələ ilə bağlı mövqeyimi öyrənməyə çalışdılar. Çox sayda zənglər aldım. İnanın ki, bu məsələyə görə başım ağrıdı. Hamıya cavab verməyə məcbur qaldım. Mən Zülfiyyə ilə bu məsələ haqda telefonda danışdım və ona söylədim ki, sən çox böyük səhv etmisən və yalan danışmısan. Cavab verdi ki, mən bunu zarafatla demişəm. Mən də ona cavab verdim ki, belə zarafat etmək olmaz. Gözümün işığı da olsa, mən bu kimi məsələlərdə heç kimi bağışlamıram. Onda mən də çıxım onun haqda nələrsə danışım və sonra deyim ki, zarafat etmişəm. Zülfiyyənin xasiyyəti belədir, ürəyindən nə keçirsə, danışır. Məsələ ilə bağlı hətta onun həyat yoldaşı Sakit müəllimə zəng vurdum. Dedim heç belə bir şey olub? Dedi ki, yox”.
Bundan sonra Z.İbadova proqramın canlı efirinə telefon vasitəsi ilə qoşularaq baş verən hadisəyə aydınlıq gətirib:
“Mənim şou-biznes aləmində heç kimlə problemim və ya qalmaqalım yoxdur. Bu, Telli xanıma da aiddir. Mən bu sözləri zarafatla demişəm. Mən nəinki öz sazımı, hətta evimi, avtomobilimi də Telliyə etibar edərəm. Bu, sadəcə duzlu bir zarafat idi. Əfsuslar olsun ki, Telli xanım bu zarafatı tərs başa düşdü. Mən ondan belə sərt reaksiya gözləmirdim. O sözləri mənim haqda Telli desəydi, qətiyyən inciməzdim. Sən mənimlə telefonda danışanda təhqir belə etdin. Sənin o təhqirin isə mənim heç xoşuma gəlmədi. Mənə dedin ki, danışa bilmirsənsə “mumla”. Amma mənə belə sözlər deməyin doğru deyildi”.
Verilişin gedişatında iki aşıq arasında sözügedən məsələ daha da uzanıb. Aparıcı isə hər iki ifaçını növbəti verilişdə qonaq çağıracağını deyib və bu qalmaqala orada son qoyacaqlarını istəyib.
- A-
- A
- A+
Şoutaym
13:16 / 01.05.2024
Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan” - VİDEO
Hazırda oxunan: Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan” - VİDEO
Hazırda oxunan: Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan” - VİDEO
189898
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.