Nəfəs aldığı ilk evindən DANIŞDI: “Pulumu üst-üstə yığan qız idim” – VİDEO 

Hazırda oxunan: Nəfəs aldığı ilk evindən DANIŞDI: “Pulumu üst-üstə yığan qız idim” – VİDEO 

189859

Nəfəs ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Məmmədli açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, sənətçi “YouTube”da yayımlanan “Mirinin dibçəyi” verilişində aldığı ilk evindən söz açıb. 

İllərlə kirayələrdə qaldığını söyləyən Nəfəs bildirib ki, ən böyük arzusu 5 otaqlı mənzilinin olmasıdır: 

“Uzun müddət ailəmlə kirayələrdə qaldım. Ev almaq istəyirdim. Bu sənətə yenicə başlayanda o qədər də pul qazanmırdım. Pulumu üst-üstə yığan qız idim. Öz ayaqlarım üzərində durmaq istəyirdim. Zamanla yığdığım o pullarla özümə kiçik bir ev aldım. O ev isə mənim üçün çox uğurlu oldu. O ev demək olar ki, mənim üçün ən bahalı evdir. Çünki orada ailəmlə, uşaqlarımla birgə yaşayıram. Onlar gözümün önündədirlər. İnşallah, nə vaxtsa böyük evim də olar. Çox istəyirəm ki, 5 otaqlı evim olsun və orada hər bir ailə üzvümün ayrıca otağı olsun. Uşaqlarımın, anamın, bacı-qardaşlarımın”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin