Roza efirdən onlara qarğış etdi: “Vicdanınız olsun!” – VİDEO 

Hazırda oxunan: Roza efirdən onlara qarğış etdi: “Vicdanınız olsun!” – VİDEO 

189852

“Sosial mediada aktivliyim hər zaman olub. Amma son günlər orada oxuyucu halına çevrilmişəm. Dostlarımın paylaşımlarının və saytlarda yazılan xəbərlərin şərhlərini oxuyuram. Üzümü buradan bizə neqativ şərhlər yazanlara tutub deyirəm ki, bizi bəyənmirsinizsə, izləməyin. Siz neqativ yazdıqca o yazdıqlarınızın 2-3 artığını ürəyimizdə sizə qarşı qarğış formasında göndəririk. Buna isə istəyirsiniz inanın, istəyirsiniz inanmayın”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. 

Sənətçi sosial şəbəkə hesabında ona neqativ dolu şərhlər yazan şəxslərə qarğış edib: 

“Bir neçə gün əvvəl bir səhifəmdə reklam videomu paylaşmışam. O videoda asta-asta yeriyərək mətni deyirəm. Yazıblar ki, Rozanın ayağı əyridir, bu nə gündədir, bunun nəvələri özü boydadır. Mənim övladım ailə qurmayıb. O hələ uşaqdır. Uşaq evindən götürdüyüm övladlarımın (Corc və Jerar Qafarov qardaşları – red.) övladı var. Onları isə mən dünyaya gətirməmişəm. Bu yaxşılığımızı da burnumuzdan gətirdiniz. Ümumiyyətlə, etdiyimiz yaxşı əməllərin, hərbçilərin, qocalar evində olanların yanında olmağımızı burnumuzdan gətirdiniz. Vicdanınız olsun! Bir dəfə də arxadan danışmayın. Bir dəfə də sənətimizə baxıb danışın”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin