Ceyran Haşımova: “Nisə Qasımovaya heç vaxt halallıq verməyəcəyəm” - VİDEO

Hazırda oxunan: Ceyran Haşımova: “Nisə Qasımovaya heç vaxt halallıq verməyəcəyəm” - VİDEO

189553

“Xalq artisti fəxri adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu “Lalə” qızlar ansamblından danışmır. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm”. 

Bizim.Media xəbər verir ki, bunu Xalq artisti Ceyran Haşımova “O üz” verilişinə müsahibəsində deyib. 

Tarzən xanım Xalq artisti Nisə Qasımovaya və mərhum Əməkdar artist Nəzakət Məmmədovaya heç zaman halallıq verməyəcəyini bildirib: 

“Nisə Qasımova bəstəkar Ələkbər Tağıyevin köməyi ilə öz istədiyinə nail oldu. Bunu inkan etmək olmaz. Nisə mənim ən çox istədiyim və sevdiyim müğənni olub. Mən ona halallıq vermirəm. Səni mən Ələkbər Tağıyevin yanına aparmışam. Özü də Xalq artisti Zeynəb Xanlarovanın xahişi ilə... Nisədən də ən böyük nankorluğu mənə Nəzakət Məmmədova edib.
Onun haqqında dastan belə danışa bilərəm. Onun Ceyhun adında övladı oldu. “Lalə” qızlar ansamblının üzvləri xəstəxanadan onun övladını çıxarıb evə gətirdilər. Biz belə mehriban və bir olmuşuq. O gizlincə başqa musiqi heyyətə getdi və bu haqda mənə heç nə demədi. Zamanında mən onu özüm xaric etmişəm ansamblımızdan. Dedim ki, sabahdan ansambla gəlmə. Səninlə bizim ki, bitdi! Mən çox təəssüf edirəm ki, ifaçılarımdan heç biri yolumu davam etmədi. Çətin yoldur. Amma istərdim ki, “Lalə” qızlar ansamblı hər zaman yaşasın”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin