Xuraman Şuşalı: “Dövlətdən aldığım “çörək payı”nı mağazaya satırdım” - VİDEO

Hazırda oxunan: Xuraman Şuşalı: “Dövlətdən aldığım “çörək payı”nı mağazaya satırdım” - VİDEO

189494

“Birinci Qarabağ müharibəsi zamanı Şuşadan Bakıya gələndə çox pis şəraitdə yaşayırdıq. Demək olar ki, şəraitimiz yox idi. Dövlətdən bizə yardım payı verilirdi – çörək və sairə... Günlərin bir günü qardaşım gəlib mənə söylədi ki, sən məktəbdə çörək payını yemirdin, evə gətirirdin”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Həftənin qonağı” verilişində deyib. 

Acılı uşaqlıq həyatı keçirdiyini söyləyən sənətçi bildirib ki, ailəsinə kömək üçün o, dövlətdən aldığı çörək yardım payını mağazaya satıbmış: 

“Çörək paylarını yığıb evə gətirirdim. Özüm də yeyirdim, ac qalmırdım. O zaman bizə çörək payı verilirdi. Mən isə o çörəyi aparıb satırdım. Çox arıq və cılız uşaq idim. Üç ədəd çörək verirdilər. O zamanlar isə çörək növbə ilə verilirdi. Çörək satan qadın məni arxa qapıdan qəbul edirdi. Ona o çörəkləri verirdim və əvəzində pul alırdım. Biz ev almaq və dolanışığımızı düzəltmək üçün çox əziyyətlərə qatlaşmışıq. O zamanlar anam nə işləyə bilərdi ki? Bacım 8-ci, qardaşım isə 11-ci sinifdə oxuyurdu. Biz nə ilə dolanırdıq ki? Biz harada işləyə bilərdik ki? Evimizə gəlir gəlmirdi. Anam və atam yalnız pensiya alırdı. Yəni gəlirimiz yox idi. Kim getsin işləsin? Kim xəstə anaya baxsın?”. 

Xuraman bildirib ki, bacısı yataqxanadan ərə getməsi ona travma yaşadıb: 

“Gözəl xanım idim və o zamanlar arxamca oğlanlar düşürdü. Yataqxanadan ərə getməyə çox utanırdım. Çox gözəl taleyim olub. Qapıma elçi gələn insanlar çox gözəl ailədən idilər. Lakin mən deyirdim ki, heç zaman yataqxanadan ərə getməyəcəyəm. Çünki bacım qaldığımız yataqxanadan ərə getdi və hər zaman onun başına bunu qaxınc edirdilər.
Ona deyirdilər ki, “Haradan gəlmisən? Yataqxanadan çıxmısan da...”. Kim istəyər gözəl bağı, baxçalı evindən 14 kvadratlıq bir otaqda yaşasın və 7 ailənin siçanlarla dolu ümumi ayaq yoluna getsin? Mənim günahım nə idi ki, 8 yaşında gəlib belə bir şəraitə düşdüm? Günahım nə idi ki, 8 yaşında xəstə ataya, anaya baxmalı idim? “Yoxdur” sözünü eşitməli, niyə mən aclıq çəkməli idim? Niyə mən məktəbin bir tikə çörəyinə möhtac olmalı idim? Mənim bu qədər iddialı və qabağa getməyimin səbəbi anam idi. Hər zaman düşünürdüm ki, anam üçün nələrsə edəcəyəm, onu yaşadacağam və şəraitsizlikdən qutaracağam”.

Müğənni Əhmədlidə aldıqları ilk evlərindən də söz açıb: 

“Əhmədlidəki evimizi o çörəyi sataraq, özüm işləyərək almışıq. Evimizi də qəpik-qəpik yığaraq aldıq. Nağd ödənişlə aldıq”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin