Nüfuzlu "Avroviziya 2024" beynəlxalq mahnı yarışmasında ölkəmizin təmsilçiləri Fahree və İlkin Dövlətov müsabiqənin baş tutacağı Malmö arenada ilk dəfə məşq edib.
Bizim.Media xəbər verir ki, bu gün baş tutan məşqlərin ikinci günündə daha 8 ölkə ilk məşqini həyata keçirib ki, bunlardan biri də Azərbaycandır.
Fahree və İlkin səhnədə çıxış mahnıları olan “Özünlə Apar” nəğməsini səsləndiriblər.
Duet ortaqlarının səhnə geyimləri və səhnə tərtibatı diqqət çəkib.
İkinci məşqlərdə isə onların televiziyadan necə görünəcəyi kamera rakursları ilə təqdim ediləcək.
Qeyd edək ki, 7 may baş tutacaq olan ilk yarımfinalda ölkəmiz də yarışacaq ki, o zamana qədər isə təmsilçilərimizin daha bir neçə dəfə məşqi baş tutacaq.
Rəşad Əliyev, Bizim.Media