““Nə yaxşı ki, bunu elədim” dediyim məqamlar həyatımda çox olmasa da, amma olub. Özü də möhtəşəm və çox böyük şəkildə olub. Mənim balaca, “xırda-mırda” işlərlə heç zaman işim olmayıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsti Sevdiyeva qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib.
Sənətkar qadın həmkarı ilə illər əvvəl aralarında yaşanan qalmaqallı hadisədən söz açıb.
Sevdiyeva bildirib ki, xoş olmayan sözlər danışan sənət yoldaşının təklikdə deyil, ictimaiyyət içində sərt şəkildə cavabını veirb:
“Bir qadın sənətçi olub ki, danışığını bilməyib. O elə düşünüb ki, söylədiklərini ətrafında olan insanlar asanlıqla həzm edəcək və sonradan yaddaşlarından çıxacaq. O məqamı tutmuşam və “kozır” kimi əlimdə saxlamışam. Mən təklikdə yox, hamının içində ona sözümü demişəm. Ona demişəm ki, “Ağıllı ol, sakit otur yerində. Azma yolunu və çaşma”.
Sonra da baş verən hadisəni yadıma salanda özümə demişəm ki, “Nə etmişəmsə, yaxşı etmişəm sənə. Hələ az etmişəm...” Sadəcə sözlə onun cavabını necə lazımdırsa, vermişəm. Əslində, o qadın elə də “böyük” danışmayıb. Sadəcə görmüşəm ki, danışığını, oturuşunu-duruşunu bilmir. Özünü “burada mənəm, Bağdadda kor Xəlifə” məsəlində olduğu kimi aparır. Efir olduğundan, bu söhbəti üstüörtülü sizə danışıram. Ən böyük silah insanın sözüdür”.
- A-
- A
- A+
Şoutaym
12:27 / 27.04.2024
Bəsti Sevdiyeva: “Ağzının danışığını bilməyən qadın sənətçini yerində oturtmuşam” – VİDEO
Hazırda oxunan: Bəsti Sevdiyeva: “Ağzının danışığını bilməyən qadın sənətçini yerində oturtmuşam” – VİDEO
Hazırda oxunan: Bəsti Sevdiyeva: “Ağzının danışığını bilməyən qadın sənətçini yerində oturtmuşam” – VİDEO
189248
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.