“Bir aparıcı mənə deyir ki, siz gündəmdə deyilsiniz. Cavab verdim ki, yazıq, mənə gündəm lazım deyil. Sənət adamı tarixdə qalır, gündəmi siz axtarırsınız”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist və Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahan qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.
Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) “Sizin fikrinizcə, tamaşaçıya müğənninin oxuduğu mahnılar, yoxsa çılpaqlıq, qalmaqal lazımdır?” sualına Elzanın cavabı belə olub:
“İnsanın soyunması vacib deyil. Əsas odur ki, insan ifaları ilə soyundursun. Bir musiqini ifa edirsən, dinləyici musiqinin daxilinə girir və bundan sonra özünü geyindirə də bilər, soyundura da bilər. Tamaşaçılarımıza hər bir zaman sənət daha maraqlı olub”.
Seyidcahan plastik əməliyyat etdirən həmkarlarını həm tənqid edib, həm də məsxərəyə qoyub:
“Əgər bacarırsansa, öz ifanla insanları soyundur. Soyunmaq fəlsəfi anlayışdır. İnsan pisliklərindən, sevgisindən və sairə soyuna bilər. Bir şey nə qədər gizli qalarsa, o qədər maraqlı olur. Şəriətdə yazılıb ki, qadınlar əzalarını gizlətməlidirlər. Amma indikilər nəinki gizlədir, üstünü doldurub, silikonları camaatın gözünə soxurlar. Axı silikon adamın ürəyini bulandırır, qaytarmaq istəyirsən”.
Rəşad Əliyev, Bizim.Media