Beş ay öncə çirkli pulların yuyulmasında təqsirli bilindiyi üçün həbs olunan Türkiyənin məşhur fenomeni Nihal Candan azadlığa buraxılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nihalın həbsxanada səhhətində problem yaranıb.
Bu səbəbdən arıqlayaraq çəkisi 37 kiloqrama düşən fenomen müalicəsini həbsxanada davam etdirə bilmədiyi üçün onun azadlığa buraxılması təmin olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir.
Qeyd edək ki, daha əvvəl sosial şəbəkə fenomeni Dilan Polat, bacısı Sıla Doğu, həyat yoldaşı Engin Polat və onun qardaşı Kürşat Polat, atası Sezgin Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də eyni ittihamlar səbəbi ilə həbs olunublar.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:37 / 26.04.2024
Türkiyənin məşhur fenomeni AZADLIĞA ÇIXDI
Hazırda oxunan: Türkiyənin məşhur fenomeni AZADLIĞA ÇIXDI
Hazırda oxunan: Türkiyənin məşhur fenomeni AZADLIĞA ÇIXDI
189108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.