Rusiyanın məşhur “Şən Hazırcavablar Klubu”nun (KVN) aparıcısı Aleksandr Maslyakovun səhhətində ciddi problemlər yaranıb.
Bizim.Media xəbər verir ki, ağciyərlərində aşkarlanan şişə görə televiziya ulduzu sözügedən layihədən ayrılıb.
Ona 2022-ci ildə, koronavirusdan əziyyət çəkdikdən sonra bu diaqnoz qoyulub. Hazırda 82 yaşlı Aleksandr Maslyakov həkimlərin nəzarəti altındadır və dəstəkləyici müalicə alır, lakin vəziyyəti getdikcə pisləşir.
Qeyd edək ki, Aleksandr Maslyakov son iki ildə Rusiyanın “Birinci” kanalında nadir hallarda çıxış edib.
Həkimlərin ona çəkilişdən imtina etməyi tövsiyə edib. Ümumilikdə, o, təxminən 60 il “KVN” proqramını 1964-cü ildən 2022-ci ilə qədər aparıcısı olub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:23 / 26.04.2024
KVN-nin aparıcısı Aleksandr Maslyakovun SƏHHƏTİ AĞIRLAŞDI
Hazırda oxunan: KVN-nin aparıcısı Aleksandr Maslyakovun SƏHHƏTİ AĞIRLAŞDI
Hazırda oxunan: KVN-nin aparıcısı Aleksandr Maslyakovun SƏHHƏTİ AĞIRLAŞDI
189066
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.