Əməkdar artist Elza Seyidcahanın illər əvvəl boşandığı həyat yoldaşı üzə çıxıb.
Bizim.Media xəbər verir ki, o, skripkaçı oğlu Əkbərin övladının doğum günündə iştirakı zamanı “Elgizlə izlə” ictimai-sosial verilişinin kameralarına tuş gəlib.
Sənətçinin əri kameranı görən kimi əyləşdiyi masadan ayağa qalxıb və müsahibə verməkdən imtina edib.
Elza ərinin bu hərəkətini efirə çıxmaq istəməməsi ilə əlaqələndirib:
“Keşmiş həyat yoldaşımı hər zaman uşaqlarımın və nəvələrimin xoş günündə şəxsən özüm məclisimizə dəvət edirəm. Uşaqlarım atasız heç zaman qalmayıblar. Mən ərsiz qalmışam. O efirə çıxmağı və kameraların onun çəkməsini sevmir. Ona görə də müsahibə verməkdən də imtina edir”.
Qeyd edək ki, Elzanın Əkbərdən savayı Gülşən adlı qızı da var.
Rəşad Əliyev, Bizim.Media